AZ

“Böyüklər arasında da bu nəticəni göstərəcəm” - Avropa çempionu açıqladı

“Çox sevincliyəm”.

SİA xəbər verir ki, bunu Azərbaycan millisinin qadın güləşçisi Elnurə Məmmədova (53 kq) jurnalistlərə açıqlamasında bildirib.

O, Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirib.

Məmmədova bu şəraiti onlara yaratdıqlarına görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: “Yarış çox yaxşı keçdi. Komandamız çox yaxşı mübarizə apardı. U-23 Avropa çempionatında sonuncu dəfə idi ki, iştirak edirdim. Qızıl medal qazanmağım mənə çox böyük dəstək oldu. Böyüklər arasında aprel ayında keçirilən Avropa çempionatında iştirak edəcəm. Orada da əlimdən gələni edim qızıl medal qazanacam”.

Müəllif: Banuçiçək Hüseynli
Seçilən
6
sia.az

1Mənbələr