AZ

İran xalqı ac-yalavac, Xamenei isə deyir “Xoşbəxtlikdən sankisyalar daha az təsirli olur”

İranın ali rəhbəri Əli Xameneyi İslam Respublikasının məruz qaldığı sanksiyaların daha az təsirli olmasına sevinərək, bildirib ki, sanksiyaları neytarallaşdırmağın yollarını tapıblar.

“Xoşbəxtlikdən sanksiyalar getdikcə öz təsirini itirir. Dünyada sanksiyalar davam etdikcə daha az təsirli olur. Bunu özləri də etiraf edirlər (ABŞ). Yəni onlar özləri də deyirlər ki, embarqoya məruz qalan ölkə bunu neytrallaşdırmağın yolunu tapır. Biz də bu yolların çoxunu tapdıq”, - deyə, İranın ali rəhbəri vurğulayıb.

Xameneyi çıxışında sanksiyaların təsirsiz olmadığını qəbul edib, ancaq “sanksiyaların ölkənin iqtisadi vəziyyətinin pis olmasına yol açdığını inkar edib”. Onun sözlərinə görə, problemlərin çoxu diqqətsizlikdən yaranır.

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr