AZ

XİN Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarasımünasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrədanışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycanvə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərinqurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqlarınyekunlaşmasına dair bəyanatında deyilir.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsasşərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşıiddiaların aradan qaldırılması məqsədilə Ermənistanınkonstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanınuzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətəçatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional MinskQrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasınınzəruriliyini vurğulayırıq.

İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digərməsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", -XİN-dən bildirilib.

Seçilən
11
47
az.trend.az

10Mənbələr