Xəbər verdiyimiz kimi, tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində "Yelo Bank"ın filial müdirinin xidmətin gecikməsinə etiraz edən müştərini döyərək çənəsini sındırdığını bildirib.
Zərərşəkmiş Təbriz adlı şəxs Redaktor.az-ın redaksiyası ilə əlaqə saxlayaraq hadisənin artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib:
"Məni vurub çənəmi sındıran şəxsin ad soyadı Mirzəzadə Vüqar Rəhman oğludur. Anam xəstə olduğu üçün öz ad və soyadımın tam olaraq mətbuatda yazılmasını istəmirəm. Çünki anamın vəziyyətimdən xəbəri yoxdur. Qohum-əqrabam da hadisədən xəbərsizdir. Özüm də istəmirəm ki, onlar bunu bilsinlər. Adı çəkilən şəxs çənəmi sındırıb və iş artıq istintaqdadır. Nə yemək yeyə, nə də danışa bilirəm".
Vasif