AZ

Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ

Sabah Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Publika.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadla xəbər verir.

Bildirilib ki, Yasamal rayonu, Z. Xəlilov küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, İzmir küçəsində isə qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi məqsədilə martın 14-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Seçilən
14
25
publika.az

10Mənbələr