AZ

İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

AZƏRTAC xəbər verir ki, qonaq XII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunaraq, bu tədbirdə vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb.

Georq Georqiev Azərbaycanla Bolqarıstan arasında dostluq münasibətlərinin olduğunu deyərək, əməkdaşlığımızın bu prinsiplər əsasında hərtərəfli inkişaf etdiyini bildirib. Bu xüsusda, o, ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji, nəqliyyat, mədəniyyət, turizm, insanlararası əlaqələr və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu deyib. Bolqarıstanın xarici işlər naziri Bakı ilə Sofiya arasında birbaşa uçuşların həyata keçirilməsinin vacibliyinə toxunub.

Prezident İlham Əliyev Bolqarıstana rəsmi səfərini və səfər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

Dövlətimizin başçısı əlaqələrimizin inkişafını qeyd edərək, enerji sahəsində əməkdaşlığa toxunub. Prezident İlham Əliyev Azərbaycan qazının bu gün Bolqarıstan bazarına çatdırılmasının əhəmiyyətini və bunun Bolqarıstanın enerji təminatında rolunu vurğulayıb.

Azərbaycanla Bolqarıstanın bərpaolunan enerji sahəsində əməkdaşlığı məsələsi qeyd edilib. Dövlətimizin başçısı, bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında bərpaolunan enerji layihəsinə Bolqarıstanın da bir tərəfdaş kimi qoşulması münasibətilə təbriklərini çatdırıb. Bu istiqamətdə də ölkələrimiz arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bolqarıstanın xarici işlər naziri Georq Georqievi qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

DOĞRU.AZ

image-vrtkao0ndecwidfk3rzzxkjojgw3xiwwzcyqwngk_640 image-nk8ts4htde2554wxg1hxx0qmtma8dxbzqabd2yqu_640

Seçilən
16
12
dogru.az

10Mənbələr