“Soyqırımçılara baxaraq Qəzzanın qəhrəman övladlarına sahib çıxdıq. Qəzzalı məzlumlara dəstək olduq. Fələstin mübarizəsinə terror damğası vurularkən biz BMT Baş Assambleyasında insanlığın ortaq tribunasında Fələstin davasına sahib çıxdıq. Zalımlara qarşı məzlumların yanımdayıq”.
Redaktor.az xəbər verir ki, Ərdoğan bu fikirləri Türkiyə Diyanət Vəqfinin 8-ci Beynəlxalq Xeyirxahlıq Mükafatları mərasimində səsləndirib.
Ramazan ayının fəzilətindən danışan prezident, müxtəlif ölkələrdən gələn qonaqları salamlayıb və bu mübarək günlərin İslam aləmi ilə yanaşı, bütün dünya üçün xeyir və gözəlliklər gətirməsini arzulayıb.
O, mərasimdə mərhum türk şairi Sezai Karakoçun “Samanyolunda Ziyafət” əsərindən Ramazan ayına aid misralar da səsləndirib.
Kənan YUSİF