“İkinci Dünya müharibəsi zamanı Kareliyanı işğal edən fin qoşunları slavyan əhalisini məhv edərək irqçi siyasət yeridirdilər”.
"Bakuinfo" xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib.
“Fin qoşunları Sovet Kareliyasını böyük konsentrasiya düşərgəsinə çevirərək slavyan əhalisini ayrı-seçkilik etmədən məhv etdilər. Finlandiyanın irqçi siyasət yeritdiyini sübut edən fin faşistlərinin cinayətləri ilə bağlı geniş tarixi və hüquqi əsas var ”, – deyə o qeyd edib.
Patruşev bildirib ki, Kareliya 1941-1944-cü illərdə fin işğalı altında olub:
“Finlandiya 1939-cu ildə olduğu kimi, Rusiyaya qarşı potensial təcavüz üçün tramplinə çevrilir və hazırda NATO-nun himayəsi altındadır”.
O vurğulayıb ki, Sovet-Fin müharibəsinin başlamasına səbəb olan hadisələrlə indiki vəziyyət arasında paralellər aydın nəzərə çarpır.
Qeyd edək ki, son vaxtlar Rusiyanın Ukraynadan sonra Avropa ölkələrinə hücum edəcəyi haqda iddialar səsləndirilir. İki ölkə arasında gərginlik zaman-zaman hərbi təlimlərin keçirilməsi, hava məkanının pozulması və təhdid ritorikası ilə müşayiət olunur.
Globalinfo.az