BAKI,TurkicWorld
Qətər İordaniyadan keçən boru kəməri vasitəsilə Suriyaya qaz tədarük etməyə başlayacaq.
TurkicWorld Azervoice-a istinadən xəbər verir ki, xəbər verir ki, bu addım regionda enerji təchizatını diversifikasiya etməyə və Suriyanın enerji ehtiyaclarını qarşılamağa yönəlib.
Layihə çərçivəsində Qətərin sıxılmış təbii qaz (LNG) ixrac imkanlarının genişləndirilməsi, İordaniya üzərindən keçən infrastrukturların gücləndirilməsi və Suriyanın enerji sektorunda sabitliyin artırılması nəzərdə tutulur. Boru kəmərinin texniki detallarına və tədarük həcminə dair rəsmi açıqlamalar yaxın günlərdə gözlənilir.
Qeyd edək ki, Qətər dünyanın ən iri LNG ixracatçılarından biri olmaqla yanaşı, Yaxın Şərq regionunda enerji diplomatiyasını gücləndirmək üçün yeni layihələr həyata keçirir.