Bakı. Trend:
Azərbaycan bu gün Avropanın enerji müstəqilliyinin, enerjitəhlükəsizliyinin təmin edilməsi baxımından olduqca əhəmiyyətli birölkədir.
Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaPolşa Respublikası Senatının Marşal müavini Mixael Kaminskideyib.
O, artıq bir çox Avropa ölkəsinin Azərbaycandan əhəmiyyətlimiqdarda enerji resursları aldığını xatırladıb:
"Bu, onu göstərir ki, Azərbaycan strateji baxımdan asanlıqlaAvropa üçün çox təhlükəsiz və etibarlı tərəfdaş ola bilər".
O, eyni zamanda, XII Qlobal Bakı Forumu haqqında təəssüratlarınıda bölüşüb:
"Hesab edirəm ki, XII Qlobal Bakı Forumu Azərbaycanın dünyadaartan əhəmiyyətindən, nüfuzundan xəbər verir və mən bunu böyükməmnuniyyətlə qeyd edirəm. Çünki mən Qlobal Bakı Forumunun daimiiştirakçısıyam.
Qlobal Bakı forumu təkcə regionda deyil, Avropada, deyərdim ki,bütün dünyada fikir mübadiləsi üçün ən mühüm platformalardan birinəçevrilib. Bu faktın özü bizə Azərbaycanın müxtəlif baxışbucaqlarının, fərqli geosiyasi strategiyaların, baxışların vəmövqelərin görüşmə mərkəzi kimi nə qədər əhəmiyyətli olduğunugöstərir".
"Tərəflərin hamısının Azərbaycana gələrək burada öz fikirlərinibölüşmək və çox dürüst bir müzakirədə daha yaxşı bir dünyaya nailolmaq imkanı var. Çünki bu, bizim hamımızın ehtiyac duyduğumuz birşeydir", - deyə M.Kaminski vurğulayıb.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.