AZ

Lukaşenko Ukraynadakı razılaşmanın nə vaxt mümkün olacağını açıqlayıb

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Ukraynadakı vəziyyətin nizamlanması yalnız Rusiya öz danışıqlar potensialını tam reallaşdırdıqdan sonra mümkün olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, Moskvanın cəbhədə üstünlüyü var ki, bu da ona şərtləri diktə etməyə imkan verir və buna görə də müvəqqəti atəşkəslə bağlı Amerikanın təkliflərini qəbul etmək indi onun üçün yersiz görünür.

“Trampın dediyi kimi, onların əllərində böyük kartlar var. Əgər bu kozırları saxlasalar, onları çıxarıb bu kart oyununda udmağa başlayacaqlar – o zaman biz razılığa gələcəyik”, – Belarus prezidenti hesab edir.

Lukaşenko həmçinin Ukrayna tərəfinin atəşkəsə razılıq verməsinə şübhə ilə yanaşdığını bildirərək, Kiyevin Rusiyanın belə bir təşəbbüsdən imtina edəcəyinə ümid etdiyini bildirib.

Seçilən
9
nocomment.az

1Mənbələr