Düşünürəm ki, Bakı Qlobal Forumu hazırda dünya miqyasında baş verənləri müzakirə etmək, nəyi necə irəli sürmək və necə irəliləmək, həmçinin gənclərin iştirakını təmin etmək üçün çox yaxşı platformadır.
Bu barədə AZƏRTAC-a müsahibəsində XII Bakı Qlobal Forumunun iştirakçısı, Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif deyib.
“Sabah mən qlobal böhranda şəhərlərin rolunu, iqlim dəyişikliyində şəhərlərin rolunu və ölkədə şəhərlərin rolunu müzakirə edəcəyəm. COP29-da əldə etdiyimiz nəticələrin icrası üçün bacarıqlı liderlik sistemi lazımdır”, - deyə Kuala-Lumpur meri qeyd edib.
Ötən il Bakı Qlobal Forumunun Azərbaycanın COP29-a ev sahibliyindən əvvəl keçirildiyini vurğulayan müsahibimiz deyib ki, Bakı COP29-u yüksək səviyyədə təşkil etdi.
“COP29-un açılışında məni çıxış etməyə dəvət etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək istərdim. Mənə yerli xalqın səsini dünyaya çatdırmağa fürsət yaratdığı üçün ona minnətdaram.
Dünyadakı bütün insanları müharibəni dayandırmağa səsləyirəm”, - deyə Maimuna Mohd Şərif əlavə edib.