“Roma”nın baş məşqçisi Klaudio Ranyeri Avropa Liqasının 1/8 finalının Bilbao “Atletik”i ilə cavab oyunundan gözləntisini açıqlayıb.
Arena.az “TuttoMercatoWeb” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Bu dəfə “Atletik” daha fəal basdırma edəcək, ancaq biz öz güclü tərəflərimizə bələdik. Bizim rəqibimiz güclüdür, dözümlüdür və yığcam fəaliyyət göstərir, amma biz öz futbolumuzu oynamalıyıq. Biz onlara qarşı bütün komanda ilə hücum edəcək və müdafiə olunacağıq. Öz zəifliklərimizi ört-basdır etmək çox vacibdir. Oyunun gedişində çox şey baş verə bilər, amma mən bilirəm ki, “Atletik” ötən həftə olduğundan daha fəal surətdə irəli gedəcək”, deyə Ranyeri vurğulayıb.
“Atletik” – “Roma” oyunu bu gün, martın 13-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 21:45-də başladacaq.
Xatırladaq ki, “Roma”da keçirilmiş ilk oyunda “canavarlar” “Atletik” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıblar.