Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) gələcək üçün BMTpaktını həyata keçirməyə sadiqdir.
Trend xəbər verir ki, bunu bu gün XII QlobalBakı Forumu çərçivəsində "Gələcək üçün BMT paktı: Yeni qlobalkonsensusun yaradılması" mövzusunda keçirilən panel iclasında AtomEnerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktorunun müaviniNajat Moxtar deyib.
"Qabaqcıl texnologiyalara bərabər çıxışın təmin edilməsi və elmibərabərsizliklərin aradan qaldırılması gələcək paktın uğurla həyatakeçirilməsi üçün vacib şərtlərdir. AEBA elmə, innovasiyaya və bütünüzv dövlətlərlə əməkdaşlığa diqqət yetirərək onun həyatakeçirilməsinə sadiqdir", - o deyib.
Moxtarın sözlərinə görə, AEBA-nın əsas fəaliyyətistiqamətlərindən biri elmi və texnoloji potensialın inkişafı,eləcə də səhiyyə üçün qabaqcıl həllərin tətbiqidir.
“Xüsusən, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinintəkmilləşdirilməsi məqsədilə tibb mütəxəssislərinin ixtisasınınartırılması ilə məşğuluq", - o bildirib.
Onun sözlərinə görə, bu gün Afrika əhalisinin 70 faizininxərçəngdən müalicə almaq imkanı yoxdur.
"Bu o deməkdir ki, insanın doğulduğu yer çox vaxt onun sağ qalmaşansını müəyyən edir və bu vəziyyət qəbuledilməzdir", - obildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.