AZ

Bu bürclərə XƏBƏRDARLIQ: Ay tutulması onlara necə təsir edəcək? -Astroloqdan MARAQLI PROQNOZ

Mart ayının 14-də ilin ilk Ay tutulması baş verəcək. Bildirilib ki, tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək. Tam ay tutulması isə saat 10:26-da başlayıb saat 11:31-də yekunlaşacaq.

Maraqlıdır bu tutulma bürclərə necə təsir göstərəcək?

Mövzu ilə bağlı astroloq Sabirə Cəfər KONKRET.az-a açıqlamasında qeyd edir ki, 14 Mart 23 dərəcə balıq bürcündə ay tutulması baş verəcək. Təbii ki, bu tutulma hər bürcə öz təsirini göstərəcək.

QOÇ – Qoçlar tutulma təsirini rutin həyatdə və sağlamlıq evində yaşayacaqlar. Yeni işə keçid elə bilərlər.

BUĞA – Hobbi, yaradıcılıq, uşaqlarla əlaqəli evdə tutulma baş verəcək. Əgər hər hansı hobbini nəticəyə çevirmək istəyirlərsə, onlar bu mövzuda nəticə ala bilərlər.

ƏKİZLƏR – Onlar yeni ev ala, yaxud da evdəki düzəni dəyişə bilərlər.

XƏRÇƏNG – Əsasən doğru bildikləri yanlışları nəzərdən keçirməli olacaqlar.

ŞİR – Qazanc evində tutulma baş verəcək. Yeni qazanc sahələrinə başlaya bilərlər.

QIZ – Öz bürcündə tutulma olduğuna görə, ən çox onlar təsirlənəcək. Xüsusi ilə həyat tərzi, viziual görüntüsü, başqalarına görünən tərəfi ilə dərin bir dönüşümdən keçəcəklər.

TƏRƏZİ – Tərəzilərin bu dönəm daha çox özü və şüuraltı ilə üzləşmək, terapiyalar almaq fürsətləri olacaq.

Əqrəb – Uzun zamandır dostluq etdikləri və yaxud da içində olduqları kollektivlər, qruplar tutulmanın təsiri ilə aydınlanacaq. Dostluqların onların həyatına nə kimi faydası, təsiri var deyə düşünəcəklər. Kariyeralarında düzənləmə ola bilər.

OXATAN – Öz karyera potensialları üzərində çalışacaqlar. Çünki bu il onların alacağı təsir karyera evinə təsir edir.

Oğlaq – Təhsil və səyahət evində bu tutulmalar baş verir. Bu tutulmadan sonra oğlaqlar xarici ölkələrə köçə bilərlər.

Dolça – Bu ev xüsusi ilə bizim həyatımızdakı böhranlarla baş etmə bacarığımızı vurğulayır. Dolçalar ortaq qazanclarını gözdən keçirməli olacaqlar.

Balıq – Münasibət və evlilik evində tutulma yaşayacaqlar. Demək ki, bu il uzun zamandır davam edən evliliyi masaya yatırıb müzakirə etməli olacaqlar.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
4
konkret.az

1Mənbələr