AZ

“Qəbələ” də büdrədi, “Karvan” da

Birinci Liqada 18-ci turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Cəbrayıl” “Difai”yə böyük hesabla uduzub. “Qaradağ Lökbatan” – “Karvan” və “Zaqatala” – “Qəbələ” oyunlarında isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, dünən baş tutan açılış oyununda "Baku Sportinq"lə "İmişli" məhsuldar heç-heçəyə (2:2) razılaşıblar. Tura sabah keçiriləcək "Mingəçevir" - MOİK matçı ilə yekun vurulacaq.

Birinci Liqa
18-ci tur
13 mart

“Cəbrayıl” – “Difai” 0:4
Qollar:
Kristian Kamta, 26-pen. Muhammed Alfa, 37. Xəyyam Məmmədli, 60. Emil Quluzadə, 86.

“Qaradağ Lökbatan” – “Karvan” 1:1
Qollar:
Şahin Balejai, 37 – Ezekiel Moqran, 53.

“Zaqatala” – “Qəbələ” 1:1
Qollar:
Jan Pol Assumu, 54 – Murad Musayev, 16.

Seçilən
30
fanat.az

1Mənbələr