AZ

Paşinyan: “Sülh müqaviləsində müharibə iştirakçılarının ekstradisiyası ilə bağlı bənd yoxdur”

Biz bu məsələni bütün mümkün yerlərdə və bütün mümkün yollarla qaldırırıq, əgər məsələ həllini tapmasa, bu, o demək deyil ki, erməni tərəfi bu məsələni qaldırmır, bu o deməkdir ki, razılaşma yoxdur.

Herbiand.az bildirir ki, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün Dövlət Dumasının ofisinin yaxınlığında jurnalistlərlə söhbətində məhbusların qaytarılması mövzusuna toxunaraq deyib.

Azərbaycanın Ermənistandan Qarabağ müharibəsinin bəzi iştirakçılarının ekstradisiyası və Azərbaycanın məhkəmə prosesləri ilə əməkdaşlıq etməsi tələbindən danışan Paşinyan ilk növbədə qeyd edib: “Sülh müqaviləsində nə olmalıdırsa, artıq var və birtərəfli müddəalar yoxdur. Yəni Ermənistana aid olan və Azərbaycana aid olmayan heç bir müddəa yoxdur. Sülh müqaviləsində ekstradisiya ilə bağlı heç bir müddəa yoxdur”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
17
44
herbiand.az

10Mənbələr