AZ

Paşinyandan SÜLH AÇIQLAMASI

"Son iki razılaşdırılmış müddəa sülh sazişinin qüvvəyə minməsindən sonrakı dövrə aiddir".

Publika.az News.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Aİ müşahidəçilərinin ölkədən çıxarılması və beynəlxalq məhkəmələrdən iddiaların geri götürülməsinin sülh sazişinin imzalanmasından əvvəl və ya sonra baş verib-verməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Ümumi məntiq budur ki, bu məsələlərin bəzi nüanslarını müzakirə etməliyik. İki maddədən biri üçüncü ölkələrin qüvvələrinin sərhəd boyunca yerləşdirilməməsi, digəri isə beynəlxalq qurumlardan iddiaların qarşılıqlı şəkildə geri götürülməsi və bir-birinə qarşı heç bir addım atmaması məsələsi ilə bağlı idi.

Bu müddəalar kiçik, lakin təkamül keçirib. Bu mövzuda mükəmməl bir sözümüz olmadığı və olmayacağı bəlli olduğu andan etibarən Təhlükəsizlik Şurası formatında da müzakirə etdik və mövcud məzmunun məqbul ola biləcək bir kompromis variant hesab edilə biləcəyi qənaətinə gəldik. Əslində, bəli, bu şəraitdə Ermənistan üçün məqbuldur", - Paşinyan bildirib.

Baş nazir Azərbaycanın hansı güzəştə getməsi ilə bağlı suala belə cavab verib:

Seçilən
31
3
publika.az

10Mənbələr