AZ

Yevlaxda bıçaqlanma hadisəsi baş verib

Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.

Operativ Media xəbər verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
19
operativmedia.az

10Mənbələr