AZ

Tramp Ukrayna münaqişəsinin hər iki tərəfinə təzyiq etməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp danışıqların uğurlu olması üçün Ukraynadakı münaqişənin hər iki tərəfinə maksimum təzyiq göstərmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skot Bessent açıqlama verib.

“Tramp nizamlanma üzrə danışıqların uğurlu olması üçün Ukraynadakı münaqişənin hər iki tərəfinə maksimum təzyiq göstərmək niyyətindədir”, – deyə o vurğulayıb.

Öz növbəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Ağ Evin rəhbəri Donald Tramp arasında danışıqlara dair hələlik razılıq əldə olunmayıb.

Seçilən
7
nocomment.az

1Mənbələr