Azərbaycan çempionatlarının oyunlarında 2025/26 mövsümündən etibarən yeni toplar istifadəyə veriləcək.
Offsideplus.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yeni topları Misli Premyer Liqası və əvəzedicilərin çempionatında görmək mümkün olacaq. Bu yarışlar “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” topları ilə keçiriləcək.
"Conext25 Pro” FIFA tərəfindən rəsmən təsdiqlənib, keyfiyyətli polietilen materialından hazırlanıb. Bu, topun dayanıqlığını və müxtəlif hava şəraitində istifadəsini təmin edir. Topun səthi mükəmməl hava axını və yüksək sürət təmin edən xüsusi qatlara malikdir. Daxili hazırlanma texnologiyası topun təzyiqini yaxşı saxlamağa hesablanıb.
Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” isə gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.
Bu toplar bioloji əsaslı materiallardan hazırlanıb. Yüksək aerodinamikaya malikdir. Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir “CTR-CORE” ilə dəstəklənir.
“Fussballiebe” alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verir.
O ki qaldı II Liqa komandalarına, burada futbolçular "Adidas Tiro Pro” ilə oynayacaqlar. Onlara bu toplar hədiyyə ediləcək.