
Türkiyənin “Travelzone Turizm Ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, elanda kreditorlardan iki ay ərzində tələblərini Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi, ev 1, mənzil 17 ünvanına bildirmələri istənilir.
Qeyd edək ki, Türkiyə şirkətinin filialı Azərbaycanda 2023-cü ildə dövlət qeydiyyatına alınıb və filiala Türkiyə vətəndaşı Atıf Cem Yağlıoğlu rəhbərlik edib.
Murad Məmmədov