Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb...
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən son iclasda hökm oxunaraq, Fazil Qasımov 9 , Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, prokuror Fazil Qasımovun 10, Anar Əliyevin isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, təqsirləndirilənlər Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar. Onlar Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıblar. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.
Poliqon.info