AZ

Yığmamızdan uğursuz çıxış - 3 məğlubiyyət

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi İnkişaf etməkdə olan ölkələrin çempionatında çıxışını başa vurub.

İdman.biz xəbər verir ki, yığmamız Bolqarıstanın Varna şəhərində keçirilən turnirdə hər 3 oyunda uduzub.

B qrupunda yer alan komandamız son turda ABŞ-la üz-üzə gəlib. Görüş şimali amerikalıların 45:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz Moldovaya 21:33, Nigeriyaya isə 17:29 hesabları ilə məğlub olub.

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr