AZ

Paşinyandan Azərbaycanla sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi layihəsinin təsdiqini mühüm hadisə adlandırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə danışıqlar başa çatıb və bunu mühüm hadisə hesab edirəm", - hökumət başçısı vurğulayıb.
Sazişin mətninin nə vaxt dərc olunacağına aydınlıq gətirilməsini xahiş etdikdə, Paşinyan bildirib ki, bu sahədə beynəlxalq prosedurları nəzərdən keçirmək lazımdır.
"Onun müddəalarından hər hansı birinin cəmiyyət üçün sürpriz olması ehtimalı azdır", - o əlavə edib.
Seçilən
45
50
oxu.az

10Mənbələr