AZ

İmişlinin iki kəndində qaz olmayacaq

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Sabah İmişli rayonunun iki kəndinin qaz təchizatında məhdudiyyət olacaq.

Operativ Media xəbər verir ki, rayonun Oruclu və Ağaməmmədli kəndlərində abonentlərin qaz xəttinə qoşulması və açılması, eyni zamanda qaz xəttlərinə texniki baxış işləri apararkən aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması məqsədilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kəndlərdə (ümumi 529 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Seçilən
37
8
operativmedia.az

9Mənbələr