AZ

Qlobal Bakı Forumunda qarşılıqlı hörmətli və konstruktiv müzakirələr ruhlandırıcıdır - Katalin Novak

Qlobal Bakı Forumunda bütün müzakirələrin konstruktiv və qarşılıqlı hörmətli şəkildə aparılması ruhlandırıcıdır.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın sabiq Prezidenti Katalin Novak XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O, müzakirələrin yüksək səviyyədə olduğunu və iştirakçılar arasında qarşılıqlı hörmət mühitinin mövcudluğunu qeyd edib.

Novak həmçinin Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayıb və mənalı müzakirələrdə iştirak etmək imkanına görə təşkilatçılara minnətdarlığını bildirib.

“Mən panel iştirakçıları, o cümlədən böyük siyasi təcrübəyə malik dövlət başçıları arasında olmaqdan qürur duyuram. Mən Macarıstanın ən gənc prezidenti olmuşam, indi isə ən gənc keçmiş prezidentiyəm. Bakı Forumu mənim üçün daha təcrübəli liderlərin və siyasətçilərin fikirlərini eşitmək üçün unikal imkandır. Bundan əlavə, burada çoxlu qadın dövlət başçılarını görmək xüsusilə sevindiricidir”, - o əlavə edib.

Seçilən
6
ikisahil.az

1Mənbələr