AZ

Paşinyan BƏYAN ETDİ: "Müşahidəçilərin tamamilə çıxarılmasına razılıq verdik"

Ermənistan sülh sazişi qüvvəyə mindikdən sonra tərəflərin ümumi sərhəddə üçüncü ölkə qüvvələrini yerləşdirməməsi ilə bağlı müddəa ilə razılaşıb.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Ermənistanın saziş imzalanacağı təqdirdə Aİ müşahidəçilərini təkcə demarkasiya olunmuş ərazilərdən deyil, faktiki olaraq tamamilə geri çəkməyə razı olması faktını şərh edərkən bildirib.

O, əvvəllər bəyan etdiyi mövqeyini niyə dəyişdiyi ilə bağlı sualı da cavablandırıb.

“Biz əvvəllər bildirdiyimiz mövqeyimizi dəyişməmişik, çünki mətni təhlil edərək qavrayışımızı dəyişmişik. Təhlükəsizlik Şurasında biz müzakirə apardıq və belə nəticəyə gəldik ki, bu mətnlərin mübadiləsi prosesi artıq özünü tükədib və biz bütövlükdə sülh sazişinin mətnini təhlil edərək növbəti mərhələyə keçdik. Bu təhlil nəticəsində belə qənaətə gəldik ki, hesab edə bilərik ki, dörd illik danışıqlar nəticəsində formalaşan bu kompromis mətni Ermənistan üçün məqbul ola bilər”.

Seçilən
5
3
publika.az

10Mənbələr