Novruz təzə il deməkdir, baharın ilk günüdür.
Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır.
Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın.
Hit.az xəbər verir ki, Novruz bayramının vazkeçilməz ənənələrindən biri qadınlar bayramdan öncə ev-eşiyi dib-bucaq təmizləməsi, pəncərə və qapıları yuması, bir sözlə, bahar təmizliyini layiqincə yerinə yetirməsidir.
Qeyd edək ki, əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Novruz təmizliyi təkcə otaqların künc-bucağının silinib-süpürülməsi anlamına gəlmir. Əsas ruhun təmiz olmasıdır.
Sevinc