Bakı. Trend:
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bütün məktəbyaşlıuşaqların məktəb yeməklərinə çıxışının təmin edilməsi, sağlam vətəhsilə hazır olması istiqamətində hökumətlərin səylərinidəstəkləyir.
Trend BMT-ninsaytına istinadən xəbər verir ki, WFP-nin son hesabatında hər günaşağı və aşağı-orta gəlirli ölkələrdə 100 milyondan çox uşağınaclıq çəkdiyi bildirilir.
“Milyonlarla uşaq məktəbə ac gedir. Aclıq onlarınkonsentrasiyasına və öyrənmə qabiliyyətinə təsir edir. Milyonlarlaazyaşlı, xüsusən də qızlar məktəbə getmir, çünki onlar tarlada vəya ev işlərini yerinə yetirməkdə ailələrinə kömək edirlər.Münaqişənin təsirinə məruz qalmış ölkələrdə uşaqların məktəbdənkənar qalması ehtimalı sabit ölkələrdəki yaşıdları ilə müqayisədəiki dəfə, qızlar üçün isə 2,5 dəfə çoxdur.”, -deyə hesabatdabildirilir.
WFP qeyd edir ki, məktəblərdə yemək proqramları bu problemlərinçoxunu həll etməyə kömək edə bilər. Onlar uşaqların təhsilini,sağlamlığını və qidalanmasını yaxşılaşdıran çoxsahəli amillərdir.Daha geniş mənada, onlar mühüm təhlükəsizlik şəbəkəsi təminetməklə, qida sistemlərini və iqtisadiyyatları gücləndirir, habeləbütün cəmiyyəti dəstəkləyir.
Hesabatda vurğulanır: “BMT-nin Ümumdünya Ərzaq Proqramı davamlımilli məktəb yemək proqramları həyata keçirmək məqsədilə 100-dənçox ölkə ilə əməkdaşlıq edir, onların məktəb yeməkləri və sağlamlıqtəşəbbüslərini dəstəkləmək üçün hökumətlərlə altı onillikdən çoxəməkdaşlıq təcrübəsinə malikdir. Biz daha sonra 50-dən çox hökumətəmilli məktəb yeməkləri proqramlarına tam sahiblik etməkdə köməketmişik. Məktəbdə yemək proqramı xərclərinin 98 faizə qədəri millihökumət büdcələri tərəfindən ödənilir”.
WFP bildirir ki, hazırda qlobal miqyasda 418 milyon uşaq məktəbyeməkləri ilə qidalanır. BMT cari ildə dərin böhranla üzləşənölkələrdə 21 milyon azyaşlıya bu sahədə yardım edəcək.