
Donatella Versace İtaliyanın “Versace” moda evinin kreativ direktoru vəzifəsini tərk edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə brend sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, indi modelyer “Versace”nin səfiri olacaq:
“Xanım Versace yeni rolunda özünü “Versace”nin xeyriyyəçilik fəaliyyətlərini dəstəkləməyə həsr edəcək”.
Modelyer postdan getməsi xəbərini təsdiqləyib:
“Baş brend səfiri kimi yeni rolumda “Versace”nin ən istəkli müdafiəçisi olaraq qalacağam. “Versace” mənim DNT-də və həmişə ürəyimdədir”.
Qeyd edilib ki, son 15 ildə “Miu Miu”da işləyən Dario Vitale aprelin 1-dən brendin kreativ direktoru vəzifəsini icra edəcək.