Bu gün axşam saatlarında Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffl arasında qapalı görüş keçiriləcək.
“Report” “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Bundan əvvəl Uitkoffun təyyarəsinin Moskvaya gəldiyi deyilirdi.
Dövlət Dumasının deputatı Aleksey Çepa səfərin Ər-Riyaddakı görüşdə qaldırılan mövzuların müzakirəsini, habelə Rusiya-Ukrayna münaqişəsi zonasında atəşkəsin şərtləri ilə bağlı danışıqları davam etdirmək məqsədi daşıya biləcəyini güman etdiyini söyləyib.