AZ

Suriya Prezidenti müvəqqəti konstitusiya bəyannaməsini imzalayıb

Suriya hüquqşünasları, politoloqları, alimləri və jurnalistlərindən ibarət komitə sənədi hazırlayaraq dövlət başçısına təqdim edib.

Suriya Prezidenti Əhməd Şara müvəqqəti konstitusiyanın əsas müddəalarını əhatə edən bəyannaməni imzalayıb.

Operativ Media xəbər verir ki, imzalanma mərasimi paytaxt Dəməşqdəki Xalq Sarayında keçirilib.

Suriya hüquqşünasları, politoloqları, alimləri və jurnalistlərindən ibarət komitə sənədi hazırlayaraq dövlət başçısına təqdim edib.

Tədbirdə Milli Dialoq Konfransının üzvləri, Suriya Alimlər İttifaqının rəhbəri Osama Rifai və xarici işlər naziri Əsəd Həsən Şeybani iştirak ediblər.

Seçilən
0
1
operativmedia.az

2Mənbələr