AZ

Rusiya ordusu ballistik raket, PUA və qırıcılarla Ukraynanın yeddi vilayətinə hücum edib

Martın 13-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə ballistik raket və 117 pilotsuz uçan aparatı və pilotsuz təyyarə ilə hücum edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Telegram-da məlumat yayıb. Düşmən Kursk vilayətindən “İsgəndər-M” ballistik raketi və Şatalovo, Millerovo, Kursk, Bryansk istiqamətlərindən 117 “Şahed” tipli PUA və müxtəlif tipli simulyatorlar ilə zərbələr endirib. Hərbi Hava Qüvvələri düşmənin 112 pilotsuz təyyarəsinin zərərsizləşdirildiyini bildirir. “Saat 9:00-a olan məlumata görə, Xarkov, Poltava, Sumi, Çerniqov, Kiyev, Xmelnitski, Vinnitsa, Dnepropetrovsk, Zaporojye, Odessa və Nikolayev vilayətlərində 74 “Şahed” tipli PUA və digər pilotsuz uçan aparatların vurulduğu təsdiqlənib” – Ukrayna Silahlı Qüvvələri izahat verib.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiyanın hücumu Sumı, Dnepropetrovsk, Xarkov, Kiyev, Çerniqov, Odessa və Zaporojye vilayətlərinə ciddi ziyan vurub.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr