Rusiya və ABŞ enerji sahəsində əməkdaşlıq barədə razılığa gəlsə, Avropa yenidən Rusiyadan ucuz qaz ala biləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlardan sonra bildirib.
“Əgər ABŞ və Rusiya enerji sektorunda əməkdaşlıq barədə razılığa gəlsələr, o zaman Avropa üçün qaz kəməri təmin oluna bilər. Bu da Avropanın xeyrinə olacaq, çünki o, ucuz Rusiya qazını alacaq”, – Putin qeyd edib.