AZ

Putin Trampın atəşkəs təklifinə cavab verdi -

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın Ukraynadakı münaqişəyə son qoyulması təklifi ilə razılaşdığını açıqlayıb. Metbuat.az xəbər verir ki, o bununla belə bildirib ki, təklif davamlı sülhü təmin etməlidir. Putin Ukraynadakı münaqişənin həllində maraqlı olduğuna görə Trampa təşəkkür edib. Putin, “Biz münaqişənin dayandırılması ilə bağlı təkliflərlə razıyıq, lakin biz ondan çıxış edirik ki, bu dayandırılma uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır” - deyə bildirib.

Qeyd edək ki, Donald Tramp Ukrayna ilə atəşkəslə bağlı razılığa gəldikdən sonra Moskva ilə görüşəcəklərini bildirmişdi. O, atəşkəsin Rusiyadan asılı olduğunu bəyan etmişdi.

Seçilən
4
metbuat.az

1Mənbələr