AZ

Podaqra – “Kübarların Xəstəliyi” və hər kəs üçün təhlükə

Podaqra

Bir-birimizə sağlamlıq arzu edirik və bunun ən yüksək dəyər olduğunu dərk edirik, amma təəssüf ki, bəzən bu aydın həqiqətlərə əməl etmirik. Bəzən, aydın göydən düşən bir fırtına kimi, məğlub edilməz kimi görünən diaqnozlar alırıq. Məsələn, podaqra diaqnozu. Lakin, bu, hökm deyil — bu xəstəliklə dolğun bir həyat sürmək mümkündür.Podaqra haradan gəlir?Podaqra — qədim dövrlərdən bəri tanınan bir haldır, hətta Hippokrat da onun simptomlarını təsvir etmişdir. Lakin bu xəstəlik hamını deyil, əsasən zəngin insanları təsir edirdi, buna görə də qeyri-rəsmi olaraq "aristokratların xəstəliyi" adlanır. Tibb terminologiyasında bu xəstəlik "podaqrik artrit" olaraq adlandırılır. Bu günə qədər, ən çox ət və yağlı qidaları, həmçinin spirtli içkiləri sevən insanlarda rast gəlinir. Yəni, zəngin qidalanma tərzini seçənlərdə.Ən qədim yunanlar bu xəstəliyə qısa və düzgün bir ad vermişlər, hansı ki, "ayaq tələsi" kimi tərcümə olunur. Podaqra hər hansı bir oynağı təsir edə bilər, amma ən çox alt ekstremitələrin barmaq oynaqları zədələnir. Bu xəstəlik, orqanizmdə artan miqdarda ürik turşusu toplanması nəticəsində yaranan maddələr mübadiləsinin pozulmasından qaynaqlanır.Podaqranın inkişafını nə artırır?Həkimlər podaqranın inkişafını artıran bir neçə əsas səbəbı qeyd edirlər:Yanlış qidalanma (qırmızı ət, pivə, spirtli içkilər, qaraciyər, tütsülenmiş məhsullar, qazlı içkilər və noxudun istehlakı);Yaş və cinsiyyət: Podaqra, 30-50 yaş arasındakı kişilər və menopauza dövründəki qadınlar arasında daha çox yayılır;Artıq çəki, bu da ürik turşusunun səviyyəsini artırır;Bədən zəifliyi, travmalar, cərrahi əməliyyatlar, fiziki yüklənmə və digər xəstəliklər (məsələn, şəkərli diabet, hipertenziya, ürək və böyrək xəstəlikləri). Həmçinin genetik meylliliyi nəzərə almaq vacibdir: əgər ailənizdə podaqra olubsa, xəstəliyə tutulma riskiniz artır.Podaqra ilə necə mübarizə aparmaq olar?Podaqra ölümcül bir xəstəlik deyil və həyat tərzini dəyişərək onunla uğurla mübarizə aparmaq mümkündür. Əsas prinsiplərdən biri — ürik turşusunun səviyyəsinin nəzarətdə saxlanılmasıdır. Həkimlər aşağıdakı addımları tövsiyə edirlər:Alkoqoldan, xüsusilə pivə və sərt içkilərdən tamamilə imtina etmək;Ət yeməkləri, güclü bulyonlar, ədviyyatlı qəlyanaltılar, pomidor, kofe və şokoladları pəhrizdən çıxarmaq;Ət və balıq yeməkdən həftədə ən çox iki dəfə istifadə etmək;Zülalların və yağların istehlakını azaltmaq, bununla yanaşı karbohidratları artırmaq. Qan şəkəri normada olduqda, şəkər və baldan ölçülü şəkildə istifadə etmək;Gündəlik olaraq ən azı 2-3 litr maye qəbul etmək, bu içməli su, mineral su, yaşıl çay, xiyar suyu və meyvə şirələri daxil ola bilər;Duz istehlakını gündə 0,5 çay qaşığı ilə məhdudlaşdırmaq.Rəxşəndə İkramlı

Diqqət Çəkənlər

VIII Edvardın taxtdan imtina səbəbi

Trampın "Qəzzə planı" nələrə səbəb olacaq ?- Açıqlama

Prezident Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb

Seçilən
4
ulusum.az

1Mənbələr