Bakı. TurkicWorld:
XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) baş katibi Rebeka Qrinspanla görüşüb.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər yenidən işlənmiş Azərbaycan-BMT əməkdaşlığının prioritetləri və üsullarını, o cümlədən, milli prioritetlərə əsaslanan layihə əsaslı əməkdaşlıq mexanizmini müzakirə ediblər.
Xəbər yenilənəcək