1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Vladimir Putin Rusiyaya rəsmi səfər edən Belarus Prezidenti Aleksandr Lukaşenkonu qəbul edib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən A.Lukaşenko bildirib ki, Kremlin Ukrayna üzrə danışıqlar prosesində "kozır"ları var və danışıqlar Moskvanın o kartları çıxardığı vaxt mümkün olacaq.
A.Lukaşenkonun sözlərinə görə, hazırda Rusiyanın cəbhədə uğurları olduğu üçün Moskvanın Vaşinqtonun 30 günlük atəşkəs təklifi ilə razılaşması çətindir.