AZ

“Sumqayıt”ın futbolçusu milliyə çağırıldı

“Sumqayıt”ın daha bir legioneri milli komandaya dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar”ın hücumçusu Bobur Abdixolikov Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində 20-25 mart tarixlərində müvafiq olaraq Qırğızıstan və İran ilə qarşılaşacaq Özbəkistan millisinə dəvət alıb.

Qeyd edək ki, daha öncə “Sumqayıt”ın futbolçuları Ronaldo Vaskez Dominikan Respublikası yığmasına, Tresor Mossi isə Burundi yığmasına çağırılıb.

Seçilən
27
2
futbolpress.az

3Mənbələr