AZ

Keçmiş prezident Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən mühakimə olunmaq üçün Haaqaya (Hollandiya) aparılıb

Martın 12-də Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsinə dair orderdən sonra Filippindən Haaqaya (Hollandiya) aparılıb.

Bu barədə martın 13-də “Associated Press” məlumat yayıb. Duterte hava limanına çatdıqdan sonra həkimlər tərəfindən müayinə edilib və sonra polis müşayiəti ilə qara yolsuzluq avtomobilində aparılıb.

Beynəlxalq Cinayət Məhkəməsi Dutertenin BCM-nin həbsinə təhvil verildiyini açıqlayıb. Məhkəmə hesab edir ki, “Duterte 1 noyabr 2011-ci il və 16 mart 2019-cu il tarixləri arasında Filippində törədilmiş cinayətlərin insanlığa qarşı cinayət olduğuna görə dolayı ortaq kimi fərdi məsuliyyət daşıyır”. Dutertenin məhkəməsinin vaxtı daha sonra açıqlanacaq.
ICC həmçinin Filippin hakimiyyətinə “beynəlxalq mexanizmləri dəstəkləmək öhdəliyinə görə” təşəkkür edib. AP yazır ki, Filippinin Hollandiyadakı səfirliyi (Haaqada yerləşir) Dutertenin gəlişindən sonra onu qış geyimləri və zəruri ləvazimatlarla təmin edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr