AZ

Vladimir Zelenskinin siyasi opponentləri ittifaq qururlar – “Financial Times”

Kiyevin siyasi dairələrində Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətdə nə qədər qalacağı ilə bağlı aktiv müzakirələr gedir.

Editor.az xəbər verir ki, bu barədə adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmura istinadən “Financial Times” qəzeti yazıb. “Biz son mərhələdəyik (Vladimir Zelenskinin prezidentliyi)” – nəşrin mənbəsi bildirib. Qəzetin yazdığına görə, fevralın 28-də ABŞ prezidenti Donald Trampla uğursuz danışıqlardan sonra Vladimir Zelenskiyə açıq dəstək verən siyasi opponentlər ittifaq qururlar. Bəzi müxalif siyasətçilər artıq Amerika administrasiyası ilə əlaqələr qurmağa başlayıblar.

Qeyd edək ki, Vladimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb, lakin 2024-cü il Ukrayna prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib. Zelenski seçkilərin vaxtında keçirilmədiyini deyib. Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, Zelenskinin “qeyri-legitimliyinə görə” Ukraynadakı münaqişənin həlli üçün sülh müqaviləsi imzalamaq hüququ yoxdur.

Fevralın 18-də Donald Tramp deyib ki, Vladimir Zelenskinin reytinqi 4%-ə düşüb və Ukrayna münaqişəni həll etmək üçün danışıqlar masasında yer almaq istəyirsə, seçki keçirməlidir.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr