AZ

Jandarma tərəfindən silah qaçaqmalçılarına qarşı əməliyyat



Şanlıurfanın Viranşehir rayonunda jandarma silah qaçaqmalçılığı ilə məşğul olanlara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı 14 şübhəli saxlanılıb.
Viranşehir İlçe Jandarma Komandirliyi qrupları 13 ünvanda eyni vaxtda əməliyyat keçirərək, qaçaqmalçılıq yolu ilə silah keçirən şübhəliləri tutdu. Ünvanlarda aparılan axtarışlarda; 3 piyada tüfəngi, 5 sənədsiz tapança, 11 sənədsiz ov tüfəngi, boş atıcı tüfəng, 18 müxtəlif silahlar üçün maqazin, 438 patron və 3 motosiklet götürülüb, 14 şübhəli saxlanılıb.

Şübhəlilər haqqında jandarmada əməliyyatlar davam etdirilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
12
aia.az

1Mənbələr