AZ

"Valideynlərim müğənni olmağımı qəti surətdə istəmirdilər" Xanbabayeva etiraf etdi

Azərbaycanın tanınmış müğənnisi Zülfiyyə Xanbabayeva səhnə karyerasına başlaması ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, valideynləri ilk vaxtlar müğənni olmasını istəməyiblər və bu yolda ciddi maneələrlə qarşılaşıb:

Sənətçi bildirib ki, ailəsi onun sənət yoluna davam etməsinə qarşı çıxsa da, o, qərarında qətiyyətli olub və bu sənətə hörmətlə yanaşacağını sübut edib:

"Mən onlara söz verdim ki, siz mənimlə fəxr edəcəksiniz, mən sizin başınızı aşağı salmayacağam. Və bu gözəl sənəti mən gözəl təbliğ edəcəyəm. Belə-belə gəldim, çıxdım."

Zülfiyyə Xanbabayeva əlavə edib ki, səhnədə özünü tam sərbəst hiss edir və daim olduğu kimi görünməyə çalışır.

Seçilən
14
news365.az

1Mənbələr