AZ

Bakıda daha bir dəm qazının qurbanı... VİDEO

Çaydanı sobaya qoyub yuxuya gedən qadın dəm qazından zəhərlənib.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu Bakıxanov küçəsi ev 2, mənzil 7-də olub.

Qonşuların sözlərinə görə, qadın həmin ünvana yeni köçübmüş. O, ötən gün mənzildən halsız vəziyyətdə çıxıb qonşulardan kömək istəyib. Xanıma qonşular ilkin yardım edərək onu xəstəxanaya aparıblar. Xəstəxanda ona tibbi müdaxilə edilsə də Şəhla Dünyamalıyeva orda ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
31
xezerxeber.az

1Mənbələr