ABŞ prezident administrasiyasının Ağ Evdəki rəsmi nümayəndəsi Karolin Levitt ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya gözlənilən səfərini açıqlayıb.
Onun sözlərinə görə, o, yaxın vaxtlarda Rusiyanın paytaxtına “müqavilə bağlamaq üçün Rusiyanın razılığını almaq” məqsədi ilə gələcək. Levitt həmçinin Rusiya tərəfinin sazişin şərtlərini qəbul edəcəyinə əminliyini ifadə edib.
Martın 13-də səhər saatlarında ABŞ prezidenti Donald Trampın sözçüsü Stiv Vitkoffa bağlı olan Gulfstream “G650ER” təyyarəsinin Türkiyə hava məkanı vasitəsilə Qətərdən şimala uçduğu bildirilir.
//Samir Qurbanov, Editor.az