Elm və təhsil naziri Emin Əmrullayev son günlər direktorlarla bağlı yayılan qalmaqallara münasibət bildirib.
"Xəzər Xəbər"ə eksklüziv müsahibə verən nazirin sözlərinə görə məktəblərdə direktorlara bağlı problemlər olur. Bu 4000-dən çox direktorun içərisində çox az bir faizi təşkil edir.
Məktəblərdə tədris olunan xarici dil məsələsinə də toxunan nazir burda müəyyən problemlərin olduğunu deyib.
Emin Əmrullayev 11 il dərsə gedən şagirdin xarici dildə sərbəst danışa bilməməsinin səbəblərini belə izah edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.