İngiltərə klubu "Mançester Siti" yayda bəzi oyunçularıyla vidalaşacaq.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in göndərmək istədiyi oyunçulardan biri də Cek Qrilişdir. Premyer Liqa nəhəngi 29 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.
Qriliş 2021-ci ilin yayında 100 milyon funt-sterlinqə MS-yə transfer olub. O, gözləntiləri qarşılaya bilməyib. İngiltərəli vinger 151 oyunda cəmi 16 qol vurub.