AZ

Qızı Ani Lorakın toyuna getməyib

Bu gün məlum olub ki, Rusiyaya köçdüyü üçün Ukraynada satqın adlandırılan müğənni Ani Lorak yoqa ustası İsaak Vijraku ilə evlənib. 

HİT.az xəbər verir ki, onlar hələ sentyabr ayında Rusiyada ailə qurumlar və 14 fevral Sevgililər Günündə Maldiv adalarında bu hadisəni toy geyimində qeyd ediblər.

Müğənninin özünün də etiraf etdiyi kimi, təmtəraqlı şənlik keçirmək istəmədiyi üçün o, əri ilə bu günü yalnız ən yaxınları və əzizləri ilə bölüşmək qərarına gəlib.

Lorakın Murat Nalçacıoğlu ilə ilk evliliyindən olan qızı toyda olmayıb. Qız hazırda atası ilə birlikdə Türkiyədədir. Lakin o, tezliklə Rusiyaya qayıdacaq, çünki orada oxuyur.

Eyni zamanda toya cütlüyün digər qohumları da gəlib.

"Bizimlə ailəmiz var idi. Qardaşım və digər qızım bizə dəstək olmaq üçün gəldilər", deyə Lorak bildirib.

Samir
 

Seçilən
13
hit.az

1Mənbələr