AZ

Mağazadan alınan toyuğun içərisindən buz çıxdı – Aidiyyəti qurum nə deyir? VİDEO

Vətəndaş mağazadan aldığı broyler toyuğunun içərisinin buzla doldurulduğunu bildirir.

O, bu barədə videonu "Xəzər Xəbər"in vatsap nömrəsinə göndərərək iddia edib ki, yerli istehsal olan "Lebro" broyler toyuğunun içərisinə buz doldurulub və çəkisi artırılıb. Nəticədə toyuğun öz real dəyərindən xeyli artıq pul ödəməli olub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dondurulmuş ət məhsullarının, xüsusilə toyuğun içərisinə buzun doldurularaq satışa verilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır.

Eyyub Hüseynov onu da vurğulayıb ki, bu cür hallara daha çox xaricdən gətirilən dondurulmuş ət məhsullarında rast gəlinir.

Məsələ ilə bağlı sözügedən toyuğun istehsalçısı olan "Lerik Broyler" MMC ilə əlaqə saxladıq. Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, Qida Təhlükəsizliyi Agentliyindən də bildirildi ki, bu cür hallarla qarşılaşanlar dərhal quruma məlumat versinlər. Qeyd edək ki, son vaxtlarda sosial şəbəkələrdə bu kimi hallarla bağlı tez-tez paylaşımlar edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
23
6
xezerxeber.az

10Mənbələr